İordaniyadan Azərbaycana idxal olunan pendirdə zərərli bakteriyalar aşkarlandı - FOTO
61
10:06, Bu gün

İordaniyadan Azərbaycana idxal olunan pendirdə zərərli bakteriyalar aşkarlandı - FOTO

İordaniyadan Azərbaycana idxal olunan 1200 kq pendirdə zərərli bakteriyalar aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 
Bildirilib "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kq "Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər" əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib.
 
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Link kopyalandı!
Son xəbərlər