“Fərhadın heykəli” Ağdamda nə vaxt ucaldılacaq? - AÇIQLAMA
385
15:25, Bu gün

“Fərhadın heykəli” Ağdamda nə vaxt ucaldılacaq? - AÇIQLAMA

Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında xalq rəssamı Hüseyn Haqverdiyevin hazırladığı “Fərhadın heykəli” üzərində artıq 3 aydan çoxdur ki, iş gedir.
 
Moderator.az-a açıqlama verən heykəltəraş deyir ki, heykəlin qalıqları ilə Ağdam işğaldan azad olunanda tanış olub:
“Ağdam işğaldan azad olunanda bir qrup rəssam və heykəltəraşla ora gedib, tarixi abidələrlə tanış olduq. Ağdamdan əsər-əlamət qalmamışdı. Heykəllər, bağlar, evlər nə gündə idi. Fərhadın heykəlinin qalıqlarını orada görmüşdüm. Başı yox idi, ayaq və qol parçalarını gördüm. Bu heykəl Ağdamın mərkəzində idi. Tokay Məmmədov bu heykəli 1969-cu ildə hazırlamışdı. Onun emalatxanasında və onun hazırladığı eskizlər əsasında mən Fərhadın heykəli üzərində işləyirəm. Əlbəttə ki, mən Tokay Məmmədovun yerini verə bilmərəm. Öz hissiyatlarımla işləyirəm. Təbii ki, heykəl fərqlənəcək. Bu işi layiqincə yerinə yetirməyə çalışıram. Heykəl Ağdamın mərkəzində yeni salınan parkda gələn il ucaldılacaq”, - deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər