“Rejissor valideynlərdən pul alıb yoxa çıxdı, mənim üstümə düşdülər” - FOTO+ÖZƏL
385
15:15, Bu gün

“Rejissor valideynlərdən pul alıb yoxa çıxdı, mənim üstümə düşdülər” - FOTO+ÖZƏL

“Uşaq dünyaya gəlmək üçün atalar, analar, babalar, nənələr səbirsizliklə gözləyirlər. Amma onlar doğulandan sonra mənəvi qida verə bilmirik. Mənəvi qida nədir? Animasiya filmləridir, uşaq filmləridir, oyunlardır. Ona görə də uşaqlar xarici animasiya filmlərini izləyirlər. Uşağa geyim ala bilərsən, amma onlara mənəvi qidaları daha vacibdir. Uşaqlarımıza biz heç qulluq etmək istəmirik. Əlisəttar Atakişiyevin filmlərinə biz baxa-baxa gəlmişik. “Bir qalanın sirri”, “Sehrli xalat” və “Qərib cinlər diyarında” axırıncı film oldu. Uşaqlar bilmirlər nəyə baxsınlar? Elə senarilər yazırlar ki, onu nəinki uşaq, heç böyük başa düşmür. Senarilər uşaqlara yaxın olmalıdır. Mən də yaza bilərəm, vallah yaza bilərəm. Mən 50 ildir sənətdəyəm. Niyə istifadə etmirlər? Niyə dublyaja çağırmırlar? Uşaq rolunu uşaq, ağsaqqal rolunu ağsaqqal oxumalıdır. Ona görə bizim dublayja baxmırlar. Ovçu Pirim obrazını yenidən niyə istifadə etmirlər? Bu  obrazı müasir dövrə uyğunlaşdırmaq olmaz ki? Bir az özlərini əziyyətə salsalar, elə gözəl edərlər ki. Müasir dövrdə mövzular tükənmir. Bir dəfə yeni çəkilən filmlərdən birində müəllim roluna çəkildim. Valideynlərdən 5-10 manat alıb, aradan çıxdı. Valideynlər də məni tanıyırdılar. Soruşdular, dedim ki, vallah mən bilmirəm. Yəni uşaqlara yanaşma budur”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.
O daha sonra əlavə edib:
 
“Akademik Musiqili Teatrdan truppa müdiri zəng edib mənim əmək kitabçamı istədi. Düşündüm ki, yəqin məni işə götürüblər. Sevindim, həddindən artıq tez bu xəbəri yaydım. Hamısına dedim ki, məni deyəsən köhnə iş yerimə bərpa etmək istəyirlər. Hələ ortalıqda heç nə yoxdur. Mən sağlamam, möhkəməm. İllərlə səhnədə oynamadığım rolları oynaya bilərəm, uşaqlara sevinc gətirə bilərəm. Çox nadir halda olur ki, adsız-filansız belə bir adamın başına nəsə hadisə gəlir, bütün media onun başına yığışır və Allahverdi Yolçuyev yox, Ovçu Pirim deyib gəlirlər. 30 ilə yaxın o veriliş efirə gedib, hamı bağlanıb o uşaq verilişinə, hamının yaddaşında o qalıb”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər