Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirildi - FOTO
260
15:00, Bu gün

Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirildi - FOTO

Biləsuvarın sabiq icra başçısı - 8 il 3 ay həbs cəzasına məhkum edilmiş Mahir Quliyevin cəzaçəkmə yeri dəyişdirilib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.
 
Mahir Quliyev ciddi rejimdən daha yüngül- ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
 
Qeyd edək ki, eks-icra başçısı 2020-ci ildə korrupsiya ittihamı ilə həbs edilib. 5 ildir həbsdədir. O, hazırda həkim nəzarətində saxlanılır.
Link kopyalandı!
Son xəbərlər