Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qayıdış proqramı davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola düşüb.
Moderator.az xəbər verir ki, köç karvanı Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Şuşakənd kəndinə 15 ailə olmaqla 54 nəfər köçürülür.
Köçlər bu günə kimi ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köçdə daxil olmaq Şuşakənd kəndinə ümumilikdə 76 ailə 284 nəfərin daimi qayıdışı təmin edilib.