Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi - FOTOLAR
132
11:32, Bu gün

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi - FOTOLAR

Hərbi Prokurorluq Daxili Qoşunlarda “Elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi” mövzusunda dəyirmi masa keçirib.
 
Hərbi Prokurorluqdan Moderator.az-a verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda Hərbi Prokurorluğun rəhbərliyinin iştirakı ilə müasir təhlükəsizlik baxışlarının yenilənməsi və hərbi sahədə elmi-innovativ yanaşmaların rolunun dərinləşdirilməsinə həsr olunmuş geniş tərkibli dəyirmi masa keçirilib.
 
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstünün və Şəhid abidəsinin önünə gül dəstələri qoyulub.
 
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov tədbirdə çıxışı zamanı günümüzdə müasir elmi-texnloji inkişaf fonunda ölkəmizin müdafiə konsepsiyasında bilik, texnologiya və intellektual resursların tətbiqinin sevindirici hal olmasını, bu sahəyə diqqəti daha da artırmağın vacibliyini qeyd etməklə, “Elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi” mövzusunda təşkil olunan tədbirin xüsusi əhəmiyyətini qeyd edib.
 
Çıxış zamanı Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurla tətbiq etdiyi müasir innovasiyalar və döyüş strategiyasına diqqət ayrılmaqla, son dövrlərdə aparılan müharibələrin taleyinin yalnız ənənəvi döyüş texnikalarından deyil, saniyələr ərzində qərar verə bilən süni intellekt sistemlərindən, yeni nəsil hərbi silahlardan, yüksək dəqiqlikli zərbə vasitələrindən, pilotsuz uçuş aparatlarından, kiber əməliyyatlar və rəqəmsal müşahidə texnologiyalarından asılı olmasını, bu mənada elmi nəzəri biliklərlə müasir innovasiyaların vəhdətinin zəruriliyi vurğulanıb.
 
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov bu kimi tədbirlərin keçirilməsində Hərbi Prokurorluğun təşəbbbüsü və iştirakını müsbət qiymətləndirib, habelə tədbirin gedişində Hərbi institutun zabit və müəllim heyəti ilə PUA sistemlərinin inkişaf tendensiyaları, rəqəmsal döyüş idarəçiliyinin tətbiqi, kiber müdafiə imkanlarının genişləndirilməsi, əməliyyat məlumatlarının süni intellekt vasitəsilə emalı və risklərin qabaqcadan proqnozlaşdırılması mövzularında müzakirələr aparılıb, iştirakçıların bu istiqamətlərdə təklifləri dinlənilib.
 
Tədbirin sonunda təhsildə fərqlənmiş kursantlara hədiyyələr təqdim edilib.
Link kopyalandı!
Son xəbərlər