Bizi sosial şəbəkələrdən izləyin:
"Yollarda sürət həddinin aşılması çox vaxt "bir az tez çatmaq" düşüncəsi ilə əsaslandırılır. Lakin real rəqəmlərə baxdıqda bunun heç bir ciddi üstünlük vermədiyi aydın görünür".
Moderator.az xəbər verir ki, barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
R.Tağıyev qeyd edib ki, tələsirik deyə edilən səhv geridönüşü olmayan nəticə yaradır:
"Məsafəni daha yüksək sürətlə qət etdikdə 10 kilometrlik məsafədə qazandığınız vaxt cəmi bir neçə dəqiqədən artıq olmur:
- 60 km/saat əvəzinə 80 km/saatla hərəkət etdikdə - təxminən 2 dəqiqə 30 saniyə
- 80 km/saatdan 100 km/saat sürətə keçdikdə - təxminən 4 dəqiqə
- 100 km/saatdan 120 km/saat sürətə artırdıqda - təxminən 5 dəqiqə.
Bu qədər kiçik zaman fərqinin müqabilində qəza riski isə dəfələrlə artır. Sürət yüksəldikcə nəqliyyat vasitəsinin dayanma məsafəsi uzanır, qarşıya çıxan təhlükəyə reaksiya gecikir və adi görünən bir manevr belə ağır nəticələnə bilir. Yəni qazandığını düşündüyün bir-iki dəqiqə əvəzində öz həyatını, sərnişinlərini və digər yol hərəkəti iştirakçılarını ciddi təhlükə ilə üz-üzə qoymuş olursan.
Yollarda təhlükəsizlik hər zaman birinci yerdə olmalıdır. Vaxtında çatmaq üçün ən doğru yol tələskənlik deyil, marşrutu və vaxtı düzgün planlamaqdır. Qaydaları pozaraq sürəti artırmaq nə real vaxt qazandırır, nə də yolu qısaldır - sadəcə riski böyüdür.
Sürətli yox - təhlükəsiz sür".