Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb - YENİLƏNİB + FOTO
231
14:42, Bu gün

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb - YENİLƏNİB + FOTO

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Sos kəndinə çatıb.
 
Moderator.az xəbər verir ki, qəsəbəyə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 20 ailə (80 nəfər) köçürülüb.
 
14:13
 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 21 ailə olmaqla 89 nəfər və Sos kəndinə 20 ailə olmaqla 80 nəfər köçürülür.
 
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər