Milli Qəhrəmanın anası vəfat etdi
135
14:15, Bu gün

Milli Qəhrəmanın anası vəfat etdi

Milli Qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası Sufayi Mahmudova yaşadığı İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib.
 
O, uzun müddət səhhətindəki problemlərdən əziyyət çəkib.
 
Qeyd edək ki, Ə.Mahmudov 1957-ci ildə anadan olub, Leninqrad vilayətində Mülki Aviasiya Məktəbini bitirib. O, Birinci Qarabağ müharibəsində helikopterin bort mexaniki kimi iştirak edib. Onun cəbhəyə son uçuşu 1992-ci ilin yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən "Mi-8" helikopteri erməni quldurları tərəfindən raketlə vurulub. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub.
 
Milli Qəhrəmanın oğlu, bort operatoru olan Elnur Mahmudov da atasının taleyini yaşayıb. Belə ki, 30 yaşlı E.Mahmudov 2011-ci ilin iyulun 6-da Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər