Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı - FOTO
306
11:35, Bu gün

Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı - FOTO

Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən “Hər Gün” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
 
Bildirilib ki, market fiziki şəxs Abbasov Abbasqulu Nuri oğluna məxsus olub.
 
Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86.84 kq qida məhsulu və ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb.
 
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər