Hesablama Palatası və Vergi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
276
15:37, Bu gün

Hesablama Palatası və Vergi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Hesablama Palatası ilə Dövlət Vergi Xidməti (DVX) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 
Palatadan Moderator.az-a verilən məlumata görə, sənəd dövlət maliyyə nəzarəti, vergi və mühasibat uçotu, institusional idarəetmə sahələrində qarşılıqlı fəaliyyətin yeni mərhələsini müəyyən edir.
 
Memorandumu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli imzalayıblar.
 
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov imzalanmış sənədin dövlət vəsaitlərinin istifadəsinə nəzarət və risk əsaslı audit praktikasının inkişaf etdirilməsində əhəmiyyətini qeyd edib. DVX rəisi Orxan Nəzərli isə əməkdaşlığın vergi inzibatçılığı və maliyyə nəzarətində şəffaflığın gücləndirilməsinə verəcəyi töhfəni vurğulayıb.
 
Bildirilib ki, Memorandum tərəflər arasında məlumat mübadiləsinin optimallaşdırılmasını, birgə analitik araşdırmaların aparılmasını, risklərin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsini və dövlət vəsaitlərindən istifadə üzərində nəzarət mexanizmlərinin gücləndirilməsini təmin edir.
 
Əməkdaşlıq şəffaflıq və hesabatlılığın gücləndirilməsi, müasir rəqəmsal həllərin paylaşılması və institusional potensialın inkişaf etdirilməsi sahələrində qarşılıqlı fəaliyyət imkanlarını genişləndirir.
Link kopyalandı!
Son xəbərlər