Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib - FOTO
331
15:40, Bu gün

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib - FOTO

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.
 
Moderator.az xəbər verir ki, açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra SAF festivalının beş illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
 
Çıxışlardan sonra festivalda yarışacaq komandaların təqdimatı və bədii hissə baş tutub.
 
Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.
 
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025 noyabrın 19-dək davam edəcək.
 
Festivalın final mərhələsinə 1 400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.
 
Qeyd edək ki, STEAM - beş əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Link kopyalandı!
Son xəbərlər