337
14:32, Bu gün

"Pokrovsk uğrunda döyüşlər: şəhərin mümkün itkisindən daha təhlükəli olan nədir?" - "The Telegraph"

 
"Pokrovskın taleyi təkcə cəbhə xəritəsini deyil, Ukraynanın siyasi və hərbi balansını da dəyişə bilər..."
 
Şəhərdə vəziyyət hər saat dəyişir
 
Moderator.az xəbər verir ki, "The Telegraph" nəşrinin yazdığına görə, Pokrovskda döyüş vəziyyəti sabit deyil - orada hər şey saatbasaat dəyişir. Ukrayna 68-ci briqadanın döyüşçüləri bildirir ki, Rusiya qüvvələri şəhəri həm cənub-qərbdən (Daçnoye, Kotlinoe istiqamətləri ilə), həm də şimal-şərqdən (Rodinskoye və Krasnıy Liman xətti ilə) cinahlardan almağa çalışır. Şəhərdə artıq küçə döyüşləri gedir. Rusiya qüvvələrinin bir hissəsi çoxmərtəbəli binalarda möhkəmlənməyə çalışır, lakin ukraynalılar buna mane olmağa çalışır. 
 
Hərbçilərin sözlərinə görə, qalın duman şəraiti ruslara üstünlük verir: pilotsuz kəşfiyyat çətinləşir, düşməni çox vaxt yalnız "eşidərək" müəyyən etmək olur. Lakin eyni şərait Ukrayna bölmələrinə döyüşçülərin rotasiyasını və sursat daşınmasını daha təhlükəsiz həyata keçirməyə imkan verir. CNN yazır ki, ruslar bəzən döyüşə kvadrotsikllər, motosikletlər və köhnə pikaplarla girir. Şəhərdə rusların sayı "yüzlərlə" qiymətləndirilir.
 
"Pokrovskın itirilməsi cəbhəni yox, başqa bir şeyi dəyişəcək" 
"The Telegraph" nəşrinin analitiki Samyuel Ramani yazır ki, Pokrovskın mümkün itkisi hərbi baxımdan dönüş nöqtəsi olmasa da, siyasi və psixoloji nəticələri ağır ola bilər. Onun fikrincə, Pokrovskın taleyi daha çox rəmzi və daxili siyasi yük daşıyır. Ramaniyə görə, "Rusiya şəhəri alsa, bu, Zelenski ilə ali hərbi rəhbərlik arasında gərginliyi daha da dərinləşdirə bilər".
 
Bu vəziyyət analitiklərə Baxmut mübahisəsini xatırladır: Zelenski şəhərin sonadək qorunmasını tələb edirdi, o vaxtkı Baş Qərargah rəisi Zalujnı isə itkilərin qarşısını almaq üçün geri çəkilmənin tərəfdarı idi. Bu gün oxşar ziddiyyətin Pokrovsk ətrafında yenidən yarandığı iddia edilir. Zelenski bildirir: "Heç kimi xarabalıqlar üçün ölməyə məcbur etmir". Lakin analitiklərə görə, bu sözlər əməli plana çevrilmədiyi üçün hərbçilərdə narazılıq hiss olunur.
 
Əsas təhlükə xəritədə yox, cəmiyyətdədir
 
Hərbi mütəxəssislərin əksəriyyəti Pokrovsk uğrunda mübarizədə Rusiyanın qələbəsini "Pirr qələbəsi" adlandırır, çünki alınan əraziyə nisbətən itkilər həddindən artıq böyükdür. Bununla belə, şəhərin ələ keçirilməsi Rusiyaya logistika baxımından müəyyən üstünlük verə bilər, çünki Pokrovsk Donetsk vilayətinin qərbində mühüm yol və dəmir yolu qovşağıdır. Lakin böyük mənzərədə Ukrayna hələ də Slavyansk və Kramatorsk kimi əsas şəhərlərə nəzarəti saxlayır.
 
Ramani xəbərdarlıq edir ki, təhlükə daha dərindir: "Pokrovskın itirilməsi enerjinin kəsilməsi, Qərbin qeyri-sabit yardımı, korrupsiya qalmaqalı və səfərbərlikdən yayınma ilə birlikdə Ukraynanın döyüş ruhunu 2022-ci ildən bəri ən aşağı səviyyəyə endirə bilər". Hazırda Ukrayna komandanlığı əsas prioritet kimi Pokrovskun tam mühasirəyə düşməsinin qarşısını almağa çalışır və hələlik şəhərin tam əhatəsi yoxdur. Ukraynalı hərbçilərin dediyinə görə, "şəhər dayanır, heç kim geri çəkilməyə tələsmir".
 
Pokrovsk artıq təkcə xəritədə bir nöqtə deyil. O, həm rəmz, həm də sinir ucudür. Şəhər itirilərdə, cəbhənin fiziki xəritəsini az dəyişdirə bilər, lakin Ukraynanın daxili siyasi tarazlığını, cəmiyyətin dözümlülüyünü və müharibəyə inamını sınağa çəkəcək. Bu səbəbdən Pokrovskda indi gedən mübarizə həm torpaq, həm də mənəvi üstünlük uğrunda döyüşdür.
Link kopyalandı!
Son xəbərlər