​Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO
232
13:25, Bu gün

​Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO

Ölkənin ən yaşlı icra başçısı Mübariz Əhmədzadədir. O, Zaqatala rayonuna rəhbərlik edir. Mübariz Əhmədzadə bu vəzifəyə 2009-cu ildə təyin edilib.
 
Mübariz Əhmədzadə 1947-ci il yanvarın 15-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. İki ay sonra 79 yaşı tamam olacaq.
 
Əhmədzadə Zaqataladan əvvəl doğma Qax rayonuna rəhbərlik edib. O, 2007-2009-cu illərdə Qax rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Mübariz Əhmədzadə 2006-2021-ci illərdə Meliorasiya və Su Təsərrufatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində calışmış Əhməd Əhmədzadənin qardaşıdır.
Fotoda: Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə /Metbuat.az/
 
Link kopyalandı!
Son xəbərlər