Bizi sosial şəbəkələrdən izləyin:
"Dörd gün olar ki, atam Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürmüşük".
Moderator.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
"Səhhətində hər hansı bir dəyişiklik yoxdur. Beyninə gedən qan damarlarının sıxılması səbəbindən beyinə qansızma baş verib. Damarların sıxılmasına səbəb isə boğazında olan şişlərdir. Ona görə də Milli Onkologiya Mərkəzində dedilər ki, bu artıq bizim xəstəmiz sayılmır, ona görə də burada saxlamağın mənası yoxdur. Çünki onun bədən hərəkəti bərpa olunmalıdır ki, sişlərlə bağlı yenidən əməliyyata gələ bilsin. Ona görə də məcbur qalıb köçürdük Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə. Hazırda müalicəsi davam edir, görək necə olacaq. Sifətində ağrılara qismən reaksiya olsa da, əl-qolu hərəkətsizdir. Beyin tam ölməyib, az da olsa reaksiya var, gözünü açıb ətrafa, sağa, sola baxır, amma bədən tam hərəkətsizdir və danışa da bilmir. Vəziyyəti bu gün üçün çox ağır qiymətləndirilir", - deyə Y.Muradov bildirib.