“Uşaqlıqda aktyor olmaq istəyirdim, böyüyəndə isə...” - “Asif, Vasif, Ağasif” filminin Asifindən ETİRAFLAR
400
09:46, Bu gün

“Uşaqlıqda aktyor olmaq istəyirdim, böyüyəndə isə...” - “Asif, Vasif, Ağasif” filminin Asifindən ETİRAFLAR

“Asif, Vasif, Ağasif” filmini bu gün yutub üzərindən izləyən uşaqlar üstünlük təşkil edir. Ailə dəyərləri bu filmdə öz əksini tapıb. Bu çox vacib bir şeydir. Çünki bəşəriyyətdən bəri Allah birinci ailəni yaradıb. İndiki zamanda həqiqətən də ailə dəyərlərində çatışmayan bəzi nüanslar var. Boşanmalar, ailədaxili münaqişələr və bir-birini başa düşməmək ailənin təməlini laxladır. Ona görə də “Asif, Vasif, Ağasif” filmi bu gün də aktuallığını saxlayıb”.
 
Bunu Moderator.az-a açıqlamasında “Asif, Vasif, Ağasif” filminin Asifi Emil Pənahov deyib.
O daha sonra əlavə edib:
 
“Əslində uşaqlıqda böyüyəndə aktyor olub, yeni-yeni filmlərdə çəkilməyi arzulayırdım. Ona görə də incəsənət fəaliyyətimi aktyor kimi yox, rəqqas kimi dava etdirdim. Bəlkə də bu gün o filmi yenidən çəksəydilər maraqlı olardı. O zaman bu filmi Rasim İsmayılov çox rahatlıqla çəkdi. Düzdür, biz uşaq idik, kaprizlərimiz var idi - ağlamalı yerində ağlamırdıq, gülməli yerində gülmürdük, amma rejissorun hər baxışından başa düşürdük ki, o nə istəyir”.
Emil Pənahov müasir dövrdə tərbiyəvi mövzuda yazılan senarilərin çox az olduğunu bildirib:
 
“Mən bunu belə izah edim də. Bu yaxınlarda bir şirniyyat mağazasına daxil oldum. Tort almaq istəyirdim. Gördüm ki, 5-6 dənə tor var, qalanı ancaq spirtli içkilər, şokoladlar və s. Gülüb satıcıdan soruşdum ki, bura şirniyyat mağazasıdır, yoxsa içki dükanı? Gülüb dedi ki, “müəllim, tələbat budur, bunu istəyənlər daha çoxdur”. Ona görə son zamanlar senaristləri də, rejissorları da qınamıram. Tələbat nəyədirsə, ona da əl atırlar. Bir növ incəsənəti də zəmanəyə uyğunlaşdırırlar”, - deyə sənətçi bildirib.
Link kopyalandı!
Son xəbərlər