Bizi sosial şəbəkələrdən izləyin:
Yevlaxda VAZ-2107 markalı avtomobil traktorla toqquşub, xəsarət alanlar var.
Moderator.az xəbər verir ki, hadisə Tanrıqulular kəndi ərazisində baş verib.
Həsənov Elvin Eldar oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil Gülməmmədov Vüsal Camal oğlunun idarə etdiyi qoşqulu mini traktorla toqquşub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan yaralı şəxslər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.