Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar - FOTO
275
09:27, Bu gün

Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar - FOTO

Misirdəki Menkaure Piramidasının şərq fasadında ilk dəfə hava ilə dolu boşluqlar aşkarlanıb. Bu, əvvəllər aşkarlanmamış ikinci girişin olması ilə bağlı fərziyyələri gündəmə gətirib.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, araşdırmanın nəticəıəri NDT&E International elmi jurnalında dərc olunub.
 
Bildirilir ki, mümkün ikinci girişi göstərən struktur boşluqlar təxminən 4500 ildən sonra ilk dəfə olaraq Misirin Giza Yaylasında ən kiçik piramida olan Menkaure Piramidasında aşkar edilib.
 
Professor Kristian Qross və Münhen Texniki Universitetindəki komandası ultrasəs, yerə nüfuz edən radar və elektrik müqavimət tomoqrafiyası kimi metodlardan istifadə edərək piramidanın daxili hissəsini araşdırıb, şərq fasadında əvvəllər məlum olandan fərqli bir daş düzülüşü aşkar ediblər.
 
Mütəxəssislərin fikrincə, məlumatlar piramidanın şərq fasadındakı cilalanmış qranit blokların arxasında iki ayrı hava boşluğunu göstərir, halbuki bu blokların "düzlüyü" əvvəllər yalnız şimaldakı əsas girişlərdə müşahidə olunub.
 
Araşdırma məlumatlarına görə, ilk müəyyən edilmiş boşluğun dərinliyi 1,4 metr, hündürlüyü 1 metr və eni 1,5 metrdir. İkinci kameranın dərinliyi 1,13 metr, hündürlüyü 0,9 metr və eni 0,7 metrdir. Dördüncü sülalənin fironu Menkaure üçün təxminən eramızdan əvvəl 2510-cu ildə tikilmiş Menkaure Piramidasının hündürlüyü təxminən 60 metrdir.
Link kopyalandı!
Son xəbərlər