Xalq artistinin məzarı dağılır - “Baxan, maraqlanan yoxdur, qapı döyməyəcəm” - sənətkarın qızından ETİRAZ
1197
12:45, Bu gün

Xalq artistinin məzarı dağılır - “Baxan, maraqlanan yoxdur, qapı döyməyəcəm” - sənətkarın qızından ETİRAZ

“Atamın məzarı sökülüb dağılır. Bu yaxınlarda getmişdim, gördüm ki, bütün daşlar tərpənir, başdaşı zədələnib. Eşitdiyimə görə demişdilər ki, bərpa edəcəklər. Amma hələ ki, nə düzəldən yoxdur, nə də baxan. Bir dəfə də qızım Fatimə gedib orada müraciət etdi, adı pozulmuşdu onu düzətdilər. İndi ümumiyyətlə gərək əməlli-başlı bərpa olunsun, çünki bütün daşlar yerindən oynayıb”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib.
O daha sonra əlavə edib:
 
“Baxan yoxdur, deyirik, nə olsun ki? Ortalıqda bir şey yoxdur. Sosial şəbəkədə də paylaşırlar. Xeyri yoxdur. Mən qapı döyməyi sevmirəm. Atam da belə idi. Bir dəfə deyərəm, iki dəfə deyərəm, amma üçüncü dəfə deməyə utanaram. Tələbələri var, sevənləri var, nazirlik var. Biri bir təşəbbüs göstərmir ki. Mən heç kimə demirəm. Hamının xəbəri var. Hacıbaba var idi gəlirdilər, başa çıxırdılar. Alim müəllim atamın tələbəsi olub. Ölən gününə qədər gəlib bizim evimizə. Atam dünyasını dəyişəndən sonra heç kim gəlmədi. Mən demirəm ki, tələbələri düzətsin, heç olmasa müraciət etsinlər. Elə Alim müəllim də deyə bilər. Bir təşəbbüs göstərsələr yaxşı olar. Mən atamın qızıyam, heç kimə ağız açmayacam. Atamın hər zaman paxıllığını çəkiblər”, - deyə sənətkarın qızı bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər