BDYPİ:
299
11:25, Bu gün

BDYPİ: "Sürət hədlərinin müəyyən edilməsində məqsəd insan həyatını qorumaqdır"

"Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir. Sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir. Bu hal "yüksək sürət korluğu" kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir".

Moderator.az xəbər verir ki, barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Araşdırmalar göstərir ki, yüksək sürət zamanı:

• Periferik görmə zəifləyir - yoldan kənarda baş verən dəyişikliklər daha gec qəbul olunur;

* Reaksiya müddəti düzgün hesablanmır - qəfil yaranan təhlükəyə vaxtında müdaxilə etmək çətinləşir;

* Tormoz məsafəsi artır - toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur.

Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir.

"Yollarda təhlükəsizliyiniz üçün sürətə yox, qaydalara riayət etməyə üstünlük verin".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər