Türkiyə səhəri yenə zəlzələ ilə açdı - FOTO
323
09:29, Bu gün

Türkiyə səhəri yenə zəlzələ ilə açdı - FOTO

Türkiyənin Balıkesir bölgəsində 4.1 bal gücündə zəlzələ baş verib.
 
Moderator.az AFAD-a istinadən xəbər verir ki, yeraltı təkanlar Sındırgı rayonunda qeydə alınıb.
 
Məlumata görə, təbiət hadisəsi Bakı vaxtı ilə saat 4:04-də olub.
 
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
 
Dağıntı və itki barədə məlumat verilməyib.
 
Xatırladaq ki, oktyabrın 27-də bölgədə 6.1 ballıq güclü zəlzələ olub. Bundan sonra Balıkesirdə bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər