Zəngilan və Ağdama növbəti köç: 80 ailə doğma yurdlarına qayıdıb - FOTOLAR
357
08:32, Bu gün

Zəngilan və Ağdama növbəti köç: 80 ailə doğma yurdlarına qayıdıb - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu çərçivədə Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.
 
Moderator.az xəbər verir ki, köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində– əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.
 
Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 143 nəfərdən ibarət 30 ailə, Ağdam rayonunun Xıdırlı kəndinə 219 nəfərdən ibarət 50 ailə yola salınıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər