Bizi sosial şəbəkələrdən izləyin:
"Səs" qəzeti fəaliyyətini dayandırır.
Moderator.az xəbər verir ki, bu barədə qəzetin baş redaktoru Bəhruz Quliyev məlumat paylaşıb.
"Media Agentliyinin qərarını 35 illik kollektivlə son dəfə bu tərkibdə müzakirə etdik. Bu o qəzetdir ki, Ulu Öndər Heydər Əliyev yolunda dönmədən vuruşurdu. 1990-cı illərdə daima təzyiqlərə, təhdidlərə məruz qalsa da Heydər Əliyev yolundan dönmədi. Amma bu gün məktəb yaratmış SƏS qəzeti MEDİA-nın bir qərarı ilə tarixə qovuşur. Bu Dövlətçiliyə bir ömür xidmət etmiş kollektivlə vidalaşmaq çox ağır və ürəkağrıdıcıdır" - o qeyd edib.