“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ + FOTO+ÖZƏL
391
12:22, Bu gün

“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ + FOTO+ÖZƏL

“Azərbaycanda bir muğam məktəbi var. Bu gün bütün pedaqoji təhsil ocaqlarında Seyid Şuşinskinin qoyduğu muğam yolunu tədris edirik. Bu da Qarabağ muğam məktəbidir. Başqa nə olmalı idi ki? Cəlilabaddan gələnlər bəs hansı məktəb oxuyur? Bakı, Şamaxı və Qarabağ muğam məktəblərini deyirlər. Bəs onda cənub tərəfdən, Cəlilabaddan gələnlər hansı məktəbin oxuyanlarıdır? Bütün bunlar səhvdir. Araqarışdırmaqdan başqa bir şey deyil. Mən demək istəyirəm ki, boş-boş şeylərlə başınızı ağrıtmayın”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zabit Nəbizadə deyib.
O bildirib ki, efirdə bəzi mahnıları oxuyanda sözləri düzgün vurğulamırlar:
 
“Efirdə qonaq idim. Məni “Şamaxı” mahnısı ilə dəvət etdilər. Orada bir kəlmə dedim ki, bu mahnıda vurğunu heç düzgün vurmurlar. Orada “Mehr salmışam, axı, Heyran olmuşam, axı” deyilməlidir. Oxuyurlar k, “mehr saldım Şamaxı, heyran oldum Şamaxı”. Bu yalnışdır. Həm də “Şam-axı”-dır. “Şam-axı” sözünün mənası da “əxi”, yəni Şam şəhərinin qardaşı deməkdir. Sonra gördüm sosial şəbəkədə yazıblar ki, bu kişi deməsəydi biz bilmirdik. Olan sözü deyirəm, görürəm ki, sosial şəbəkədə məni müzakirəyə çıxarırlar. Tək bu deyil ki. Hamı oxuyur “Qubanın ağ alması, yeməyə var alması”. Alma yemək üçündür də, vitrinə qoymaq üçün deyil ki. Amma orijinal varinatda “Qubanın ağ alması, yeməyə bağ alması” deyilməlidir. Qafiyə düz gəlməlidir. Ona görə də özümə söz vermişəm ki, bundan sonra nə səhvləri deyəcəm, nə də efirdə bunlar haqda danışacam”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər