Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? -
180
14:56, Bu gün

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? - "Azəristiliktəchizat"dan AÇIQLAMA

Noyabrın 15-dən etibarən Bakı şəhəri və regionlarda istilik mövsümü başlayır.
 
Moderator.az xəbər verir ki, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Oxu.az-a açıqlamasında bildirilib ki, ölkə ərazisində ümumilikdə 449 məktəb və bağça, 3800 bina (təqribən 185 min mənzil), 152 səhiyyə obyekti, 2500 sosial və təsərrüfat obyektləri istilik ilə təmin olunacaq.
 
 
"Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Həmin 14 rayondan 9-da - Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Xaçmaz, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Bu doqquz rayonda "Azəristiliktəchizat" ASC-nin 39 qazanxana və bir istilik məntəqəsi artıq işə salınıb.
 
Bakı şəhəri və regionlarımızda ümumilikdə "Azəristiliktəchizat" ASC-nin 557 qazanxana və 88 istilik məntəqəsi var, noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq".
 
O əlavə edib ki, işğaldan azad edilmiş Şuşa şəhərində 7 qazanxana var ki, onlar da mövsümün başlanması ilə əlaqədar artıq işə düşüb:
 
"Sözügedən qazanxanalar Şuşa işğaldan azad olunduğu dövrdə inşa olunub. Ötən mövsümlərdə də işlək vəziyyətdə olub".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər