Tanınmış jurnalist Emin İbrahimov həlak oldu - FOTO
163
13:04, Bu gün

Tanınmış jurnalist Emin İbrahimov həlak oldu - FOTO

Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.
 
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun "Euronews" üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.
 
Redaksiyamız, baş verən hadisə ilə əlaqədar Emin İbrahimovun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!
Link kopyalandı!
Son xəbərlər