“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
313
10:51, Bu gün

“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ

“Mahnılarımı bir çox ölkələrdə anonim oxuyurlar. Bu elə-belə mövzu deyil. Mənimsəyirlər. Bir adam oğurluq edəndə necə olur? Onlar da oğurluq edirlər də. “Daşlı qala”, “Axtarma məni”, “Kölgəm qədər”, “Dünya sənin, dünya mənim” “Qəlbim doludur” və s. mahnılarım oxunur. Saymaqla bitməz. Heç vaxt da bir maddiyat görməmişəm. Söhbət maddiyatdan getmir. Oxuyanda müəllif- yəni bəstəkar və söz yazarı qeyd olunmalıdır”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.
Sənətkar daha sonra əlavə edib ki, gənc nəsil də onun mahnılarına tez-tez müraciət edir:
 
“Onların yeniliklərini çox bəyənirəm. Mən heç vaxt demərəm ki, mahnılarımı oxumayın. Mahnı yazılıbsa, yaranıbsa demək ki, kimsə oxumalıdır da. Mənim mahnılarım ona görə sevilib ki, milli ruhlu olub. Ona görə o gənclərdən də xahiş edirəm ki, nə oxuyurlarsa oxusunlar milli ruhu yaddan çıxarmasınlar. Son illərdə bir neçə gəncə elə özüm dəstək olmuşam. Hətta birlikdə onlarla səhnəyə də çıxmışam. Amma bəzən də görürəm ki, elə aranjiman edirlər ki, heç özüm də tanımıram. Mahnını kökdən dəyişmək olmaz. Mən hələ də yazıb-yaratmaq istəyirəm. Etdiklərim hələ də kifayət deyil. Bunlarla qane olmaq özünü bitirmək kimi bir şeydir. Gənclərə də tövsiyyəm budur ki, “mənəm-mənəmlik”-dən uzaq olsunlar. Sənətin zirvəsi yoxdur, sənət sonsuzdur”, - deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər