Yasamalda nöqsanlar aşkarlanan çörək sexi bağlandı - FOTO
130
15:03, Bu gün

Yasamalda nöqsanlar aşkarlanan çörək sexi bağlandı - FOTO

Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şəfiqə Qara qızı Nəcəfovaya məxsus çörək emalı müəssisəsində yoxlama keçirilib.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
 
Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, bişmiş çörəyin müvafiq temperaturda soyudulmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.
 
Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər