Doqquz ayda 158 min şəxs işlə təmin olunub - FOTO
1365
12 Nov 2025 | 13:36

Doqquz ayda 158 min şəxs işlə təmin olunub - FOTO

Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-oktyabr aylarında 491.8 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
 
Moderator.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, onlardan 158 min şəxs münasib işlərlə təmin olunub, 16.3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
 
Hesabat dövründə 15.5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 302 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
Link kopyalandı!
Son xəbərlər