AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı - FOTO
193
13:13, Bu gün

AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı - FOTO

AzTV-nin Gürcüstan bürosunun əməkdaşı Türkiyə təyyarəsinin düşdüyü ərazidə xəsarət alıb.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə çəkliş apararkən xəsarət alıb.
 
"Dünəndən qəza olan ərazidəyik. Gecə bizi əraziyə buraxmadılar. Azərbaycandan, Türkiyədən gələn jurnalistlər də vardı. Mən koordinatı dəyişdim. Bu ərazidə görüntülər daha aydın düşürdü. Operatorla görüntüləri götürdüm. Hadisə həmin ərəfədə baş verdi. Qayalıqda yıxıldım, ayağımdan ağır xəsarət aldım", - Ruslan Həsənov bildirib.
 
O, hazırda Gürcüstandakı xəstəxanalardan birinə aparıldığını və əməliyyat olunacağını deyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər