Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın qadınlardan ibarət həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının vaxtı müəyyənləşib.
Bu barədə Moderator.az-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.
Bildirilib ki, proqrama əsasən, B qrupunda yer alan qadınlardan ibarət millimiz ilk oyununu noyabrın 13-də Qətər yığması ilə keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
İkinci matç noyabrın 15-də Özbəkistana qarşı olacaq və eyni saatda start götürəcək.
Son qarşılaşma isə noyabrın 17-də saat 15:00-da Qazaxıstan millisi ilə oynanılacaq.
Bütün görüşlər "Green Hall" Olimpiya Kompleksində təşkil olunacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.