Türkiyənin qəzaya uğrayan
417
11:25, Bu gün

Türkiyənin qəzaya uğrayan "C-130" hərbi təyyarəsinin daha iki qalığı tapılıb - FOTO/VİDEO

Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus "C-130" tipli hərbi nəqliyyat təyyarəsinin daha iki qalığı tapılıb.
 
Moderator.az bu barədə APA-ya istinadən xəbər verir.
 
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışlar gecə saatlarında davam etdirilib.
 
Türkiyənin "Akıncı" PUA-sının hazırda hadisə yerində axtarış apardığı vurğulanıb.
 
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər