Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olundu - FOTO
358
10:02, Bu gün

Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olundu - FOTO

7-11 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən BMT-Turizmin İcraiyyə Şurasının 124-cü və 125-ci sessiyalarında Azərbaycanın İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub.
 
Moderator.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
 
Azərbaycan nümayəndə heyəti, həmçinin təşkilatın Baş Assambleyasının 26-sı sessiyasında iştirak edib. Baş Assambleya iclası çərçivəsində Agentliyin sədri Fuad Nağıyevlə Braziliyanın Turizm Nazirliyinin dövlət katibi Ana Karla Maçado Lopes arasında görüş keçirilib. Görüş zamanı Agentliklə Braziliyanın Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
 
F.Nağıyevlə Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və turizm naziri Abdulla bin Touq Al Marri arasında keçirilən görüş çərçivəsində isə turizm sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
 
BMT-Turizmin Baş Assambleyasının 26-cı sessiyasında təşkilatın yeni Baş katibi xanım Şaixa Əl Novais təsdiq olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər