Süni intellektdən geniş istifadə edən ölkələr - Siyahıda Azərbaycan da var
297
08:42, Bu gün

Süni intellektdən geniş istifadə edən ölkələr - Siyahıda Azərbaycan da var

“Microsoft” şirkətinin yeni hesabatında bildirilir ki, süni intellekt (Sİ) bəşər tarixində ən sürətlə yayılan texnologiyadır.
 
Moderator.az xəbər verir ki, yarandığı gündən bəri üç ildən az müddətdə süni intellekt 1,2 milyarddan çox insan tərəfindən istifadə olunub. Bu da internet, kompüter və hətta smartfonların istifadəsini üstələyib. 
 
Bununla belə, texnologiyanın yayılması qeyri-bərabər xarakter daşıyır. Belə ki, Sİ-dən istifadə “Qlobal Şimal” ölkələrində “Qlobal Cənub”dakı ölkələrə nisbətən təxminən iki dəfə çoxdur.
 
Dünyada təxminən 4 milyard insan, yəni bəşəriyyətin yarısı hələ də Sİ-dən istifadə üçün zəruri baza biliklərinə malik deyil.
 
Şirkət hesabatda Sİ texnologiyalarının əsas inkişaf etdiyi 7 ölkəni ayırd edib: ABŞ, Çin, Fransa, Cənubi Koreya, Böyük Britaniya, Kanada və İsrail. Qeyd olunur ki, Çin bu sahədə ABŞ-dan cəmi yarım il geridə qalır. Həmçinin bu iki ölkə dünyadakı məlumat emalı mərkəzlərinin 86 faizinə sahibdir.
 
Süni intellektin ən geniş yayıldığı ölkələr BƏƏ (59,4%), Sinqapur (58,6%), Norveç (45,3%) və İrlandiyadır (41,7%).
 
Azərbaycan isə 14,2 faiz göstərici ilə 64-cü yerdədir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər