278
14:09, Bu gün

"AZNAR” fəaliyyətini dayandırdı, 100-lərlə işçi kənarda qaldı - SƏBƏB + FOTO

"2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsinin qanunsuz qərar və hərəkətləri nəticəsində müəssisəmizin istehsalat fəaliyyəti əsassız olaraq dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub".
 
Moderator.az xəbər verir ki, bu barədə "Unikal"a "AZNAR” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. Qeyd edilib ki, sözügedən tədbirlər “QARAÇAY” Fermer Şirkəti ilə “KƏND” MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən (QAR-70-1/12-2019, QAR-70-2/12-2019 və s.) irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb.
 
"Bu mübahisə yalnız həmin iki təsərrüfat subyekti arasında mövcuddur və “AZNAR” QSC-nin həmin müqavilələrə, tərəflərin öhdəliklərinə və yaranmış borc münasibətlərinə heç bir aidiyyəti yoxdur. "AZNAR" QSC-nin VÖEN-i 6000083631, Kənd MMC-nin VÖEN-i isə 6000827271 saylıdır. Buna baxmayaraq, məhkəmə və icra orqanları tərəfindən “AZNAR” QSC-nin istehsalat müəssisəsi bağlanmış, istehsal avadanlıqları möhürlənmiş və əmlak üzərinə həbs qoyulub. Bu tədbirlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3 və 158.3.1-ci maddələrinin tələblərinə zidd olaraq, əsassız şəkildə və “AZNAR” QSC-nin hüquqi iştirakı olmadan həyata keçirilib. Qanuna görə, müvəqqəti təminat tədbirləri yalnız cavabdeh tərəfin istehsalda iştirak etməyən əmlakı üzərinə tətbiq edilə bilər. Lakin bu halda məhkəmə üçüncü tərəf statusu belə olmayan, mübahisəyə aidiyyəti olmayan bir müəssisənin fəaliyyətini iflic edib. Üstəlik, bu tədbirlər 30 oktyabr 2025-ci il tarixli məhkəmə qərarından əvvəl, 16 oktyabrda, yəni hüquqi əsas olmadan görülüb.
 
Qeyd etməliyik ki, göstərilən qanunsuz icra hərəkətləri 2-2(102)-733/2025 saylı 08.10.2025-ci il tarixli qarşılıqlı iddia üzrə səhmdar tərəfindən verilmiş ərizəyə Ali Məhkəmədə Kassasiya icraatı hakim Kəmalə Abiyevanın icraatında olarkən , Ali Məhkəmə qərarını gözləmədən, məhsul yığımının ən qızğın vaxtında edilib. Nəticədə “AZNAR” QSC-nin istehsalat prosesi tam dayanmış, müəssisə 2025-2026-cı illər üzrə nəzərdə tutulmuş 3 700 tondan artıq nar şirəsi istehsalı və ixrac planını icra edə bilməmiş, yüzlərlə işçi əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olub. Göyçay Probasiya Şöbəsinin 16.10.2025-ci il tarixindən etibarən "AZNAR" ASC emal müəssisəsinin QARAÇAY FŞ-nin “KƏND” MMC ilə olan borcuna görə qanunsuz şəkildə bağlanması nəticəsində istehsalat prosesi tam dayandırılıb. Qeyd olunur ki, "AZNAR" ASC və “KƏND” MMC - ayrı-ayrı hüquqi şəxslər olub, müstəqil VÖEN-lərə, ayrı bank hesablarına və fərqli təsərrüfat subyekti statusuna malikdirlər. Buna baxmayaraq, "AZNAR" ASC-nin fəaliyyəti üçün heç bir hüquqi əsas olmadan məhdudiyyət tətbiq edilib, nəticədə mövsümün qısa müddətli olması nəzərə alınmalı və müəssisə istehsalat və ixrac fəaliyyətini dayanacağı üçün bu ixtisarlar və maliyyə itilərinə səbəb  olacaq".
 
Məlumatda vurğulanıb ki, zavodda ümumilikdə 78 ədəd aseptik saxlama çəni mövcuddur:
 
"Gündəlik nar qəbulu nəticəsində 3 ədəd çən dolur. 1 litr nar şirəsi üçün 3,3 kq nar tələb olunur. 1 çənin tutumu: 48 000 litr, Gündəlik istehsal həcmi: 3 çən × 48 000 litr = 144 000 litr/gün. Qanunsuz bağlanma dövrü üzrə hesablanma (16.10.2025 – 30.10.2025):
Müddət: 15 gün. İstehsal olunmamış məhsul həcmi: 15 × 144 000 = 2 160 000 litr nar şirəsi, 1 litrin ixrac dəyəri: 1,60 ABŞ dolları, ümumi ziyan (USD): 2 160 000 × 1,60=3 456 000ABŞ dolları, AZN ekvivalenti (1 USD = 1,70 AZN): 3 456 00 000 × 1,70 = 5 875 200 AZN
 
16.10.2025–30.10.2025 tarixləri ərzində "AZNAR" ASC-nin qanunsuz şəkildə bağlanması nəticəsində müəssisəyə  5 875 200 AZN məbləğində potensial iqtisadi itki yaranıb. Bu zərər "AZNAR" ASC-yə məxsus istehsalatın məcburi dayandırılması nəticəsində formalaşmış və “KƏND” MMC ilə heç bir hüquqi əlaqəsi olmayan ayrıca təsərrüfat subyektinə "AZNAR" QSC -nə dəyib".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər