“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - FOTO+ÖZƏL
961
08:52, Bu gün

“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - FOTO+ÖZƏL

“May ayından “Rəmiş” povesti yazmağa başlamışdım, bu günlərdə bitirdim. Artıq çap da olunub. Rəmişi necə tanıyıramsa, elə yazmışam. O necədir, kimdir, nəçidir? Çalışmışam ki, tamaşaçıların tanımadığı Rəmişi göstərim. Bu dəqiqə kino çəkdirmək çox çətin məsələdir. Bir kino ssenarisi vermişəm, 3 ildir ortalıqda qalıb. Amma kitab halında yanvar ayında bu povesti çap etdirəcəm. Rəmiş sağlığında şöhrətini qazanmış bir sənətkardır”.
 
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisinin deputatı Aqil Abbas deyib.
O daha sonra bildirib ki, yazıçının əsas məqsədi oxucunu inandırmaqdır:
 
“Qələbəmizə inanırdım və ona görə də “Dolu” filminin ssenarisini ərsəyə gətirdim. Bunu yazmağa 10-15 il vaxt sərf etmişdim. Birbaşa yazmamışdım. Xalqımızı qələbəyə inandırmaq üçün bu romanı yazdım və Elxan Cəfərov da gözəl bir film çəkdi. Camaat qəbul etdi. “Dolu” filmində necə ki, Qarabağa, Ağdama getmişdik, həmin yolla yenə getdik. Mən inanırdım və camaatı da inandırmışdım ki, biz bu yolla Ağdama gedəcəyik. Elə də oldu. İnamımdan yazmışdım”.
 
Aqil Abbas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə bu dəfəki gəlişində səsləndirdiyi Məmməd Araz şeirindən də danışıb:
 
“R. T. Ərdoğan Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Məmməd Arazın “Vətən!-desin” şeirini səsləndirdi. Əlbəttə ki, çox gözəl hissdir. Məmməd Arazın şeirləri ölkədə təbliğ olunur, sözlərinə mahnılar bəstələnir. Kitabları çap olunur. Onun şeirlərinə oxucular arasında böyük həvəs var” deyə Aqil Abbas bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər