Hacıqabulda ağır yol qəzası: Ölənlər var - FOTO
313
15:54, Bu gün

Hacıqabulda ağır yol qəzası: Ölənlər var - FOTO

Hacıqabul rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölənlər və xəsarət alan olub.
 
Moderator.az xəbər verir ki, hadisə günorta saatlarında Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı “Hyundai” markalı və “VAZ” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Sabir Malik oğlu Abbasov və Nəcabət Nəbi qızı Abasova hadisə yerində ölüblər. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər Şöbəsi üzrə təhvil verilib.
 
Hadisə zamanı xəsarət alan Tutuxanım Abbasova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər