“Dirijor Niyazi səhnənin arxasına gəlib, alnımdan öpüb dedi ki...” - FOTO+ÖZƏL
625
13:30, Bu gün

“Dirijor Niyazi səhnənin arxasına gəlib, alnımdan öpüb dedi ki...” - FOTO+ÖZƏL

““Cücələrim” mahnısının rəqs quruluşunda ilk ifaçısı mən olmuşam. Əsərin orijinal və remiks versiyaları sosial şəbəkələrdə aktiv şəkildə paylaşılaraq milyonlarla izlənilir. Əlbəttə ki, bu mənə çox xoşdur. Çünki insanlar 78 yaşımda mənim 12 yaşımda böyük teatrın səhnəsində oxuduğum görüntüləri izləyirlər. Elə insanlar baxır ki... Hindistan, Ərəb, Pakistan, Çin və s. ölkələrin vətəndaşları mənim dilimi hardan biləcək? Fikirləşirəm ki, musiqinin dili yoxdur. Elə ecazkar uşaq musiqisidir ki.. Həm də o xarici vətəndaşlar görüntünü görürlər deyə, onlara qavrama daha asan olur. Orada cücələrin rəqsi, su içmələri və s. var. Bu xoreoqrafiyada o qədər təmizlik, uşaq sevinci var ki, buna aludə olmamaq mümkün deyil. Hətta o əcnəbilər bu mahnını düzgün mülahizə etmirdilər.. Elə şeylər yazırdılar ki.. Bir çoxu yazmışdı ki, bu uşaqların hamısı müharibə vaxtı öldürülüb. Əlbəttə ki, bu normaldır. Çünki onlar bizim dilimizi bilmirdilər”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Suğra Bağırzadə deyib.
O daha sonra mahnını böyük səhnələrdə oxuduğu günləri də xatırlayıb:
 
“Rəqs quruldu, çox gözəl geyimlər tikildi. Xoruzları oynayan qızların geyimləri, balaca və böyük cücələr və s. elə gözəl idi ki.. Təsəvvür edin ki, camaata o qədər maraqlı idi ki.. Uşaqlar səhnəyə çıxıb, oxumağa başlamamış hamı əl çalmağa başlayırdı. Elə bir dövlət konserti olmurdu ki, biz ya o konserti açaq, ya da bağlayaq. Hökümət belə qərara gəldi ki, 50-cu ildə Moskvada Azərbaycan ongünlüyünə ilk dəfə olaraq uşaq kollektivini də aparsınlar. Bu mahnıya da çox gözəl quruluş vermişdilər. Məni elə qoruyurdular ki.. Nazımla oynayırdılar. Əvvəlcədən səhnənin arxasına dirijor Niyazi də gəldi, alnımdan öpdü, dedi ki, “bilirəm çətindir, amma sən yaxşı oxuyub oynayırsan. Sən ancaq mənə bax, zalda heç kimə fikir vermə”. Niyazi müəllimin dediyi kimi etdim. Artıq mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki. Məlumat üçün bildirim ki, bu mahnı dünyanın 100-dən çox ölkəsinin dilində oxunub” deyə əməkdar artist bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər