Britaniyalı alim kök şirəsindən zəhərlənərək öldü
204
19:12, Bu gün

Britaniyalı alim kök şirəsindən zəhərlənərək öldü

Britaniyalı alim və dietoloq Bezil Braun A vitamini ilə birlikdə həddindən artıq miqdarda kök şirəsi içdiyi üçün dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Belə ki, 48 yaşlı mütəxəssis sağlam qidalanmanın tərəfdarı kimi tanınırdı. O, 10 gün ərzində təxminən 45 litr kök şirəsi qəbul edib və bunun nəticəsində orqanizmində hipervitaminoz A yaranıb.

Həkim sənədlərinə əsasən, bu vəziyyət qaraciyərin zədələnməsinə və daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarıb. Meyitin tibbi ekspertizası zamanı Braunun dərisində kökdəki karotinin artıq toplanması səbəbindən sarı-narıncı rəng dəyişimi müşahidə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər