DOST Agentliyində yeni təyinatlar - FOTO
197
13:04, Bu gün

DOST Agentliyində yeni təyinatlar - FOTO

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni kadr təyinatları həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
 
Bildirilib ki, Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
 
İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.
 
Həmçinin qeyd edək ki, noyabrın 3-də Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər