Bizi sosial şəbəkələrdən izləyin:
Vətən Müharibəsindən bəhs edən “44” adlı tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, filmin çəkilişləri uğurla yekunlaşıb.
“4 il ərzində böyük zəhmətlə üzərində çalışdığımız “44” bədii filminin çəkilişləri bu gün uğurla başa çatdı. Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu.
Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanımıza və qəhrəman igidlərimizə bizə yaşatdıqları tarixi Zəfərə görə daim minnətdarıq! Qarşıdan gələn Zəfər Günümüz mübarək olsun!”