Cəbrayıl rayonu ərazisinə yeddi baş ceyran buraxıldı
251
16:57, Bu gün

Cəbrayıl rayonu ərazisinə yeddi baş ceyran buraxıldı

Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib.
 
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.
 
Xidmət rəsmisinin sözlərinə görə, "Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası" layihəsi çərçivəsində bu günədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər