359
13:17, Bu gün

"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR

Azərbaycanın qüruru "Qarabağ" ötən gecə UEFA Çempionlar Liqasında növbəti şousunu göstərib. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda İngiltərənin nəhəng klubu "Çelsi" ilə 2:2 hesablı bərabərlik əldə edib. 

Matçın ilk yarısında geri düşən Qurban Qurbanovun komandası ruhdan düşməyərək möhtəşəm xarakter göstərib. Komandamız ilk hissəni 2-1 üstünlüklə tamamlasa da sonda "Çelsi" Bakıdan xalla ayırmağı bacardı.

"Çelsi"nin ulduzlarla dolu heyətinə qarşı inamlı və cəsarətli oyun göstərən Ağdam klubu dünya idman mediasının diqqət mərkəzinə düşüb.

Britaniya nəşrləri "Qarabağ"ı "dəmir iradəli komanda" adlandırıb, sosial şəbəkələrdə isə yüzminlərlə azarkeş Azərbaycan klubunun bu uğuruna heyranlıqla münasibət bildirib.

İspaniyanın "Goal" nəşri yazıb: "Alejandro Qarnaço Çempionlar Liqasının sürpriz paketi "Qarabağ"a qarşı "Çelsi"nin biabırçılığını xilas etdi, Jorrel Hato Azərbaycanda unudulmaz gecəsi keçirib".

 "Supersport" isə belə deyir: "Qarabağ Dünya Çempionlarını iki qol vuraraq məyus etdi".

"Independent" "Qarabağ" "Çelsi"yə möhtəşəm cavab verdi. Xüsusilə meydanın ortasında davamlı təzyiqlə impulsu öz xeyrinə dəyişdi və fasiləyə qədər iki qol vurdu.

"Skysport": "UEFA-nın reytinq siyahısına görə, bu mərhələyə çatan ən zəif komandalardan biri olan "Qarabağ"a qarşı xal itirilməyəcəkdi, amma iddialı "Qarabağ" dörd oyundan yeddi xal toplayaraq heç də elə görünmür".

"Guardian": "Qarabağ uzun müddətdir çalışdığı məşqçi Qurban Qurbanovun rəhbərliyi altında böyük irəliləyişlər əldə edib. Onların sürətli və macəralı futbolunu izləmək xoş idi".

Xatırladaq "Qarabağ"ın qollarını Leandro Andrade və Marko Yankoviç vurub. /BAKU.WS/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər