891
14:59, Bu gün

"Rusiya yeni reaktiv KAB-larla hücum məsafəsini genişləndirir" - "Financial Times" 

 "Bu modernləşdirmə Ukraynanın hava müdafiəsinə əlavə təzyiq yaradır.."

Yeni reaktiv bombalar: ucuz raket alternativi

Rusiya sovet istehsalı idarəolunan aviabombaları (KAB) modernləşdirərək onlara reaktiv mühərrik və planerlər quraşdırır.
Bu barədə "Financial Times" nəşri yazıb.

Əvvəllər Su-34 təyyarələrindən buraxılan bu bombalar maksimum 80 km məsafəyə uçurdu. Lakin Ukrayna Hərbi Kəşfiyyatının rəis müavini Vadim Skibitski bildirib ki, mühərrik əlavə edildikdən sonra yeni versiyalar 200 km-ə qədər uçma qabiliyyətinə malikdir.

Ukraynalı mütəxəssislərdən Sergey "Fleş" Beskrestnov Poltavada düşən bombanın fotosunu paylaşaraq, üzərində Çin istehsalı turboreaktiv mühərrikin olduğunu göstərib, belə mühərriki Alibaba vasitəsilə cəmi 18 min dollara almaq mümkündür. Ekspert Pavel Narojnıy bu texnikanı "kreyser raketlərinin ucuz əvəzi" adlandırır: hədəflər əsasən enerji infrastrukturu və hərbi obyektlərdir.

"Patriot" sistemləri təzyiq altında

Nəşrin məlumatına görə, bu bombalar qanad və naviqasiya cihazları ilə təchiz ediləndən sonra hədəfə uçaraq 20 metr enində və 6 metr dərinlikdə krater yarada bilir. Reaktiv mühərriklər təyyarələrin daha uzaqdan atəş açmasına imkan verir, beləliklə, Rusiya təyyarələri Ukrayna hava müdafiəsi zonasına daxil olmur və daha az risklə hücum edir.

Ukrayna Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirir ki, uçuş xüsusiyyətləri kreyser raketlərinə yaxın olsa da, Rusiya hələ onları kütləvi tətbiq etmir, silah döyüş səhnəsində sınaqdan keçirilir. Ekspertlər vurğulayır: Qərb zenit raketləri (o cümlədən "Patriot") bu bombaları vurmaq üçün çox bahalıdır. "İqtisadiyyat bizim xeyrimizə işləmir", - Narojnıy xəbərdarlıq edir.

Bu arada Rusiya həm ballistik raketləri modernləşdirir, həm də daha sürətli və yüksək uçan "Shahed" dronlarından istifadə edir. Nəşr yazır ki, London İnformasiya Davamlılığı Mərkəzinin təhlilinə əsasən, rusi raketlərinin Ukrayna tərəfindən tutulma faizi yayda 37 faizdən sentyabrda cəmi 6 faizə düşüb.

Ukraynanın hava müdafiəsi resursları tükənmə həddindədir

Zelenski Almaniyadan daha çox "Patriot" sistemi aldığını desə də, nəşr qeyd edir ki, hava hücumundan müdafiə hələ də kifayət etmir. Reaktiv KAB-lar isə problemi daha da dərinləşdirir, onların qiyməti ucuz, məhvi isə bahalıdır.

Ukrayna pilotlar assosiasiyasının rəhbəri Gennadiy Xazan bildirib ki, təhlükəni aradan qaldırmaq üçün həll var: təyyarələrə uzaqmənzilli "hava-hava" raketləri verilməli və düşmən aviasiyası hələ bombanı buraxmadan vurulmalıdır.

Rusiya ucuz və çoxsaylı reaktiv bombalarla Ukraynanın hava müdafiəsini "yorur". "Patriot" kimi sistemlər texniki baxımdan bu bombaları vura bilsə də, iqtisadi baxımdan onlar belə hücumlara davam gətirməyə bilər. Müharibənin bu mərhələsində əsas döyüş göydə deyil, istehsal gücü və resurslar arasındadır.

Moderator.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər