Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyəli sənətçi Muazzez Abacının səhhəti pisləşib.
Ürək xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən 77 yaşlı sənətçi vəziyyətinin ağırlaşmasından sonra reanimasiyaya köçürülüb.
Xəbəri sənətçinin meneceri Taner Budak təsdiqləyib. O, sosial mediada açıqlama yayaraq bildirib ki, Abacı ABŞ-da infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilib və ona stent qoyulub.
Menecer əlavə edib ki, Muazzez Abacının vəziyyəti həkimlərin ciddi nəzarəti altındadır və müalicə prosesi davam edir. /Sfera.az/