Paytaxtda Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib - FOTO
292
12:19, Bu gün

Paytaxtda Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib - FOTO

“8 Noyabr - Zəfər Günü” ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunda, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki bağda Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası təşkil edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə BŞİH məlumat yayıb.
 
Bildirilib ki, aksiyada BŞİH-nin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.
 
İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
 
Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
 
Qeyd edilib ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.
 
Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər