Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində "Quru qoşunları qərargahı, hissə və bölmələrinin döyüşə hazır olmasının qiymətləndirilməsi (CREVAL)" kursu keçirilir.
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə NATO və tərəfdaş ölkələrin bu sahə üzrə hərbi qulluqçuları iştirak edirlər.
Kursun məqsədi, Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün hərbi qulluqçuları sertifikatlaşdırmaqdır.
Qeyd edək ki, tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən ümumilikdə 39-dək nümayəndə iştirak edir.