Cüdoçularımız dünya çempionatında daha iki medal qazandılar - FOTO
1426
05 Nov 2025 | 11:27

Cüdoçularımız dünya çempionatında daha iki medal qazandılar - FOTO

Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında millimizin medal sayı üçə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
 
Bildirilib ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar.
 
Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Deguzeni məğlub ediblər.
 
Qeyd edək ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kq) bürünc medal əldə etmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər