Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Xalq artisti Mələkxanım Eyubovanın 62 yaşı tamam olur.
Bu münasibətlə bloger qızı Nəzrin Nəcəfova sənətçi ilə bağlı paylaşım edib:
"Mənim canım, ürəyim, anam. Sən yaxşı ki, varsan! Sənə olan sevgim kəlmələrə sığmaz… Həqiqətən yaxşı ki, Allah mənə sənin kimi mərhəmətli, qəlbi təmiz, saf, mələk kimi ana bəxş edib. Həmişə canın sağlam olsun. Səni sağlam və xoşbəxt görmək mənim üçün dünyadır. Doğum günün mübarək! Səni çox sevirəm!"
Qeyd edək ki, sənətçinin qızı müğənni Mərdan Kazımovla ailəlidir. (Axşam.az)