Zığ şosesində nasaz yük avtomobili sıxlığa səbəb oldu - FOTO
420
08:33, Bu gün

Zığ şosesində nasaz yük avtomobili sıxlığa səbəb oldu - FOTO

Bakıda nasaz yük avtomobili yolda qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
 
Bildirilib ki, Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.
 
Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb.
 
Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib.
 
Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər